Ana səhifə / Xidmətlərimiz / PSS Sertifikasiyası

PSS Sertifikasiyası

Peşəkar Sığortaçı Sertifikasiyası — sığorta sahəsində karyera və inkişaf üçün əvəzsiz bələdçinizdir.

Proqram haqqında

Peşəkar Sığortaçı Sertifikasiyası

PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən hazırlanmış sertifikasiya proqramıdır.

PSS-in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered Insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır. PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqramıdır.

İmtahan təqvimi

2026-ci il PSS İmtahan Təqvimi

Hər ay 2 dəfə, yalnız şənbə günləri keçiriləcək imtahan tarixləri.

Ay 1-ci imtahan 2-ci imtahan
Yanvar 10 yanvar 2026 24 yanvar 2026
Fevral 14 fevral 2026 28 fevral 2026
Mart 7 mart 2026 28 mart 2026
Aprel 11 aprel 2026 25 aprel 2026
May 9 may 2026 23 may 2026
İyun 13 iyun 2026 27 iyun 2026
İyul 11 iyul 2026 25 iyul 2026
Avqust 8 avqust 2026 22 avqust 2026
Sentyabr 12 sentyabr 2026 26 sentyabr 2026
Oktyabr 10 oktyabr 2026 24 oktyabr 2026
Noyabr 14 noyabr 2026 24 noyabr 2026
Dekabr 12 dekabr 2026 28 dekabr 2026
Üstünlüklər

PSS proqramının faydaları

Baza Biliklər

Sığorta şirkətlərində işləmək üçün tələb olunan fundamental bilik və bacarıqları təqdim edir.

Yerli Qanunvericilik

İmtahan proqramı sığorta işi üzrə yerli qanunvericilik tələblərini nəzərə alır.

Rəsmi Tanınma

Tənzimləyici orqan tərəfindən dəstəklənən yeganə rəsmi qiymətləndirmə vasitəsidir.

Hazırlıq

İmtahan Proqramı

PSS sertifikasiya proqramının hər bir imtahanının məqsədinə uyğunlaşdırılmış imtahan proqramı onun mövzularının əhatə dairəsini müəyyən edir. Imtahan proqramları imtahanda namizədlərdən tələb olunan əsas məqamları əks etdirir və imtahana hazırlaşmaq üçün bələdçi rolunu oynayır.

İmtahan proqramları yerli sığorta qanunvericiliyi, beynəlxalq səviyyədə qəbul edilmiş sığorta standartları və bazarın tələblərinə uyğun olaraq mütəmadi olaraq dəyişilir və ARPA veb saytında yerləşdirilir.