Ana səhifə / Haqqımızda

Haqqımızda

Peşəkar mədəniyyətin zənginləşməsi və iqtisadiyyatın dayanıqlı inkişafı üçün çalışırıq.

Bizim Məqsədimiz

ARPA-nın Missiyası

Ölkədə maliyyə və idarəetmə sahəsində peşəkar mədəniyyətin zənginləşməsinə təkan vermək.

Biz peşəkar mühasibatlıq, risk və sığorta sahələrində bilik paylaşımı, inkişaf və əməkdaşlıq üçün vahid platforma rolunu oynayırıq. Əsas hədəfimiz Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Peşəkar Standartlar
Qlobal Təcrübə
15+ İllik Peşəkar
Təcrübə
Vizyonumuz

Lider Platforma

Azərbaycanda maliyyə və risk idarəçiliyi üzrə ən etibarlı və qabaqcıl assosiasiya olmaq.

Üstünlüklərimiz

Niyə Biz?

Beynəlxalq Əməkdaşlıq

IFAC, GARP və Dünya Bankı ilə sıx əməkdaşlıq edərək qlobal təcrübəni ölkəmizə gətiririk.

CII Lisenziyası

CII-ın (The Chartered Insurance Institute) lisenziyalı regional imtahan mərkəziyik.

İlk PSS Proqramı

Sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqramının (PSS) müəllifiyik.

Fəaliyyət

Əsas İstiqamətlərimiz

  • Normativ-hüquqi aktların təkmilləşdirilməsində aktiv fəaliyyət;
  • Kadrların formalaşdırılması üçün sertifikasiya proqramlarının təşkili;
  • Missiyaya uyğun faydalı ictimai tədbirlərin keçirilməsi;
  • Elmi-tədqiqat və araşdırma işləri, mətbu nəşrlərin yayımı;
  • Beynəlxalq иə yerli qurumlar ilə effektiv əməkdaşlıq.
Günay Şahbazova
Günay Şahbazova İdarə Heyətinin Sədri

"ARPA İctimai Birliyi hər hansı bir quruma tabe deyil və öz fəaliyyətini qanun çərçivəsində müstəqil formada təşkil edir. Öz missiyası çərçivəsində müstəqil rəyi vardır və bu rəyi ictimaiyyətlə paylaşır."

Prinsiplərimiz

Dəyərlərimiz

Şəffaf və Dürüst

Maliyyə və qeyri-maliyyə məlumatlarını maraqlı tərəflərlə paylaşır, qərarları açıq səsvermə ilə qəbul edirik.

Qeyri-Mənfəət

Əsas məqsədimiz qazanc deyil, ictimai faydadır. ARPA və onun üzvləri könüllülük şüuru ilə hərəkət edir.

Peşəkar və Məsuliyyətli

Öhdəliyimizə götürdüyümüz missiyanın əhəmiyyətini dərk edir, fəaliyyətimizdə davamlı inkişafı tətbiq edirik.